Dünən günün birinci yarısında ardıcıl iki dəfə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun az əvvəl başa çatan əvəzedici heyətlər arasında \"İnter\" - \"Neftçi\" oyununu izləyəcəyi haqda məlumat yayılıb. Siasport.az saytı xəbər verir ki, əvvəlcə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Qol.Az saytına verdiyi açıqlamada, daha sonra isə qurumun rəsmi saytı yaydığı məlumatda Foqtsun həmin oyunu tribunadan izləyəcəyini bildirib. Lakin Berti Foqtsla müsahibə götürmək üçün stadiona gədən Qol.Az-ın əməkdaşı ilginc mənzərə ilə rastlaşıb. Jurnalist nə qədər etsə də, Berti Foqtsu tapa bilməyib. Sonradan məlum olub ki, Foqts, rəsmi səviyyədə verilmiş məlumatların əksinə olaraq, ümumiyyətlə, bu matçda iştirak etməyib. Meydan sahibi olan \"İnter\" klubunun nümayəndələri bildiriblər ki, Foqtsun həqiqətən də bu oyuna gələcəyi gözlənilirdi. Amma nədənsə, millinin baş məşqçisi oyuna baxmağa getməyib. Millinin baş məşqçisinin bu addımı hansı səbəbdən atmasının səbəblərini öyrənmək cəhdlərimiz baş tutmayıb. Amma onu demək olar ki, Berti Foqts bu hərəkəti ilə AFFA-nı pis vəziyyətə qoyub. Çünki məhz onun razılığından sonra AFFA-nın rəsmi şəxsi və rəsmi saytı səviyyəsində millinin baş məşqçisinin bugünkü oyuna gedəcəyi haqda məlumat verilib. Bundan sonra xəbər saytları da bu məlumatı işıqlandırıb. Amma Foqts etdiyi bugünkü hərəkətlə həm AFFA-nı, həm də jurnalistləri aldadıb.//qol.az |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB