Rioda Türkiyə yığmasının otağı qarət olundu

Rioda Türkiyə yığmasının otağı qarət olundu

Yay Olimpiya Oyunlarının keçirildiyi Rio-de-Janeyroda daha bir xoşagəlməz hadisə yaşanıb. SİA-nın məlumatına görə, təhlükəsizliklə bağlı növbəti problem ortaya çıxıb. Bu dəfə üzücü olay Türkiyənin üzgüçülərdən ibarət yığma komandasının başına gəlib. Belə ki, Olimpiya kəndində böyük qüvvə ilə qorunduğu bildirilən bina qarət olunub. Naməlum şəxslər Azərbaycan yığmasının da məskunlaşdığı bloka daxil olublar. Hədəfdə isə türkiyəli idmançıların qaldığı mərtəbədəki otaq olub. Qarətçilər qadın üzgüçülər Zeynəb Günəş, Nida Üstündağ və Yekaterina Avramovanın qaldığı otağın qapısını qıraraq içəri giriblər. Həmin vaxt idmançılar otaqda olmayıblar. Yalnız komanda binaya qayıtdıqdan sonra mühafizəçilər hadisədən xəbər tutublar. Faktla bağlı dərhal araşdırma başlanılıb. Xoşbəxtlikdən həmin otaqda dəyərli əşyalar olmayıb.

Qeyd edək ki, 15 minə yaxın idmançı, məşqçi və federasiya nümayəndəsinin məskunlaşdığı Olimpiya kəndi 24 saat qorunur.

Bütün xəbərlər Facebook səhifəmizdə