\"Xəzər Lənkəran\"ın futbolçusu dini toy mərasimi keçirəcək

\"Xəzər Lənkəran\"ın futbolçusu dini toy mərasimi keçirəcək
"Xəzər Lənkəran" klubunun futbolçusu Hristu Kyaku sevgilisi Oana ilə münasibətlərini rəsmiləşdirmək qərarına gəlib. Siasport.az saytı xəbər verir ki, neçə vaxtdır birgə olan cütlük dini toy mərasimi keçirəcək. Hazırda bir-birindən uzaqda olan sevgililər məsafəni bu yolla qısaltmaq istəyirlər.


İngiltərədə təhsil alan Oana ilə Azərbaycanda çıxış edən Hristu toyu yayda qeyd etmək fikrindədirlər. Bu tarix iyunun əvvəlinə planlaşdırılıb. Təmtəraqlı tədbirə 500-ə yaxın qonağın çağırılacağı gözlənilir. Cütlük qonaqlarını "Stirbey Palace" sarayında bir arya yığacaq. Bu məkanın seçilməsi isə Kristian Kivu ilə bağlıdır. Belə ki, İtaliyanın "İnter" klubunda çıxış edən müdafiəçi də toyunu məhz bu satayda etmişdi.//apasport.az

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com