Bakı Şahmat Olimpiadasının könüllüləri üçün təlimlər keçirilir. SİA-nın məlumatına görə, təlimlərdə 400-dən çox könüllü gənc iştirak edir. Tədbir zamanı gənclərə mötəbər yarışla bağlı ətraflı məlumat verilir, onlara olimpiada vaxtı işləmə qaydası öyrədilir.
Bakı Şahmat Olimpiadasının könüllülərinin koordinatoru Arzu Məmmədova jurnalistlərə açıqlamasında bildirib ki, təlimlər beynəlxalq qrossmeyster Cahangir Ağarəhimovun nəzarəti altında təşkil olunub: "Könüllülərimizin bir çoxu şahmat oynamağı bacarır. Bunu nəzərə alaraq onlar arasında intellektual oyun və şahmat turirni keçirmişik. Bu həftədən etibarən isə təlimlərə başlamışıq. Təlimlərdə könüllülərə şahmat, olimpiada, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi və yarış zamanı onların fəaliyyəti ilə bağlı ətraflı məlumtalar veriləcək".
Koordinator qeyd edib ki, könüllülərin fəaliyyəti hava limanından başlayacaq: "Orada könüllülər qonaqları qarşılayıb, məskunlaşacaqları mehmanxanalara yola salacaqlar. Qonaqların yerləşdiriləcəyi 20-dən çox mehmanxanada da könüllülər fəaliyyət göstərəcək. Həmçinin açılış və bağlanış mərasimlərinin keçiriləcəyi Milli Gimnastika Arenası və əsas tədbirin təşkil ediləcəyi Bakı Kristal Zalında da müxtəlif sahələrdə könüllülər çalışacaqlar".
Qeyd edək ki, Bakı Şahmat Olimpiadasının açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasımda keçiriləcək.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB