"Xəzər Lənkəran" otelini dəyişdi

"Xəzər Lənkəran" otelini dəyişdi
Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəyi oyuna hazırlıqlarını davam etdirən "Xəzər Lənkəran" yeni oteldə məskunlaşıb. Siasport.az saytı xəbər verir ki, komanda bundan sonra Bakı səfərləri zamanı dünyanın ən məşhur brendlərindən olan beş ulduzlu "Ramada" otelində yerləşəcək.

Xatırladaq ki, "Qarabağ" – "Xəzər Lənkəran" qarşılaşması aprel ayının 10-u, saat 16:00-da Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə