Ümumdünya oyunlarında Azərbaycan idmançılarının mükafatlarının sayı 11-ə çatıb

Ümumdünya oyunlarında Azərbaycan idmançılarının mükafatlarının sayı 11-ə çatıb
Antalyada gözdən əlillərin ümumdünya oyunları davam edir. Siasport.az saytı xəbər verir ki, Azərbaycan idmançılarının mükafatlarının sayı 11-ə çatıb. Cüdo üzrə komanda turnirinin finalında Azərbaycan yığma komandası rusiyalı rəqiblərini üstələyib və qızıl medal qazanıb. Sprinter Rza Osmanov 200 metr məsafəyə qaçışda 3-cü nəticə göstərib. Bu uğurlardan sonra Azərbaycan yığmasının hesabında 5 qızıl, 3 gümüş və 3 bürünc medal var.

Bütün xəbərlər Facebook səhifəmizdə