"Rio-2016"da 34 idmançımız çıxışını başa vurub

"Rio-2016"da 34 idmançımız çıxışını başa vurub

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən 56 idmançıdan 34-ü çıxışlarını tam başa vurub. SİA-nın məlumatına görə, ötən yarış günündə ölkəmizin aktivinə 2 bürünc medal yazılıb.

Yunan-Roma güləşçisi Rəsul Çunayev 66 kq. çəki dərəcəsində bürünc medal qazanıb. Eyni nəticəni kayakçı qadınların mübarizəsində İnna Osipenko Radomskaya 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə əldə edib. Amma o, çıxışını 500 metr məsafəyə yürüşdə də davam etdirəcək. Boksçu Lorentso Sotomayor isə 64 kq çəkidə yarımfinala yüksələrək, ən azı bürünc medalı təmin edib.

Azərbaycanın olimpiadadan medalsız qayıdacaq idmançılarının sayında (30) dəyişiklik baş verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə