"Qarabağ" - "Neftçi" matçının başlanma saatı açıqlandı

"Qarabağ" - "Neftçi" matçının başlanma saatı açıqlandı

Azərbaycan Premyer Liqasının III turunda "Qarabağ"ın "Neftçi" ilə keçirəcəyi matçın başlanma saatı məlum olub. SİA-nın məlumatına görə, Masazır qəsəbəsində yerləşən "Əlincə Arena"da təşkil olunacaq qarşılaşma avqustun 21-də, saat 20:45-də start götürəcək.

Qeyd edək ki, "Azərsun Arena"nın ot örtüyündə yeniləmə işləri aparıldığına görə, oyun "Əlincə Arena"da baş tutacaq.

21 avqust

20:45. "Qarabağ" - "Neftçi"

Masazır qəsəbəsi, "Əlincə Arena"

Bütün xəbərlər Facebook səhifəmizdə