"Fənərbaxça" və "Yuventus" "Bolton"un futbolçusunu transfer etmək istəyirlər
İngiltərənin "Bolton" futbol klubu 29 yaşlı isveçrəli futbolçusu Johan Elmanderi transferə çıxarmayacaq. Siasport.az saytı xəbər verir ki, bu barədə İngiltərənin "Daily Mail" qəzeti yazıb. İngilis qəzetinin iddiasına görə, isveçrəli futbolçunun transferində daha çox İstanbulun "Fənərbaxça" və İtaliyanın "Yuventus" futbol klubları maraqlıdırlar. "Bolton"un meneceri Oven Coyle qəzetə bildirib ki, bir çox klubun futbolçunu transfer etməkdə israrlı olmasına baxmayaraq, ingilis klubu J.Elmanderlə mövsümün sonunda başa çatmaqda olan müqaviləsinin müddətini uzatmağa çalışacaq. Ancaq menecer onu da etiraf edib ki, İstanbul təmsilçisi transfer sevdasında vaz keçmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB