Təşkilat Komitəsinin iclası keçirilib

Təşkilat Komitəsinin iclası keçirilib
Bu gün AFFA-nın inzibati binasında Azərbaycan futbolunun 100 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirin Təşkilat Komitəsinin iclası keçirilib. Siasport.az saytı xəbər verir ki, təşkilat Komitəsinin sədri, AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək əlamətdar yubileylə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Təşkilat Komitəsinin üzvləri Çingiz İsmayılov, Ələkbər Məmmədov, Rüstəm Rəhimov, İskəndər Cavadov və başqaları çıxış edərək təkliflərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə