"Atletiko Madrid"in prezidenti Arda Turanı transfer etmək üçün İstanbula gəldi!

"Atletiko Madrid"in prezidenti Arda Turanı transfer etmək üçün İstanbula gəldi!

İstanbulun "Qalatasaray" futbol klubunun kapitanı və Türkiyə milli komandasının futbolçusu Arda Turanın transferi artıq konkretləşib və onun hansı Avropa klubuna gedəcəyi də dəqiqdir. Siasport.az saytının ən son dəqiqələrdə Türkiyə mətbuatına istinadən əldə etdiyi məlumata əsasən, İspaniyanın "Atletiko Madrid" futbol klubunun prezidenti Enrique Cerezo "Qalatasaray"ın kapitanını transfer etmək üçün bir neçə saat bundan öncə İstanbula gəlib. A.Turanın meneceri Ahmet Bulut və "Qalatasaray"ın rəsmi şəxsləri tərəfindən hava limanında qarşılanan E.Cerezo, sabah İstanbul klubunun rəhbərliyi ilə A.Turanın transfer məsələsini müzakirə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə