Vitali Kliçko döyüşdən imtina etdi

Vitali Kliçko döyüşdən imtina etdi
WBC (Ümumdünya Boks Şurası) versiyası üzrə ağır çəkidə dünya çempionu Vitali Kliçko kubalı Odlandyer Solislə döyüşməkdən imtina edib. Siaspoirt.az saytı xəbər verir ki, ukraynalı döyüşçü rəqibinə revanş şansı verməyib, ona "sağlamlığı haqda düşünsün" deyərək sataşmağı da unutmayıb.

Bu il martın 19-da Solislə üz-üzə gələn və elə ilk raunddaca onu nokauta göndərən 39 yaşlı Kliçko bunları deyib: "Solis sağlamlığı haqda düşünməlidir. Döyüşləri yaddan çıxarsın. Mənim üçün Solislə döyüş artıq keçmişdə qalıb".

Bütün xəbərlər Facebook səhifəmizdə