İstanbulun "Beşiktaş" futbol klubunun və Türkiyə milli komandasının qapıçısı Rüştü Rəncbər Türkiyə mətbuatına futbol həyatı ilə bağlı bir sıra açıqlamalar verib. Siasport.az saytı xəbər verir ki, təcrübəli əlcək ustası hələ iki il futbol meydanlarını tərk etmək niyyətində olmadığını, "Beşiktaş"ı növbəti dəfə çempion etmədən əlcəkləri yerə qoymaq fikrindən uzaq olduğunu deyib. Nüfuzlu "Hürriyət" qəzeti yazır ki, R.Rəncbər dünyanın bir çox tanınmış əlcək ustalarının 42-43 yaşa qədər belə yaşıl meydanlarda olduqlarını deyərək, jurnalistlərə 39 yaşlı Brad Fredelin "Aston Villa" ilə müqavilsəini yenilədiyini, van Der Sardan tutmuş, Buffona qədər bir çoxlarının əla formada olduqlarını misal çəkib. Xatırladaq ki, Türkiyə Kubokunun 1/4 final qarşılaşmasında "Qazientepspor" klubu ilə qarşılaşmada göstərdiyi möhtəşəm oyunla yenidən Türkiyə mətbuatının gündəminə gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə