Azərbaycan güləşçisi Rəsul Çunayev dörddəbir final mərhələsində də rəqibindən güclü olub. Bu mərhələdə əlcəzairli idmançı Tarek Aziz Benaissa ilə üz-üzə gələn güləşçimiz rəqibini tam üstünlüklə məğlub etməyi bacarıb.
17:53
Rəsul Çunayev növbəti qələbəsini bayram edib. Təmsilçimiz səkkizdəbir final mərhələsində rusiyalı rəqibi Pekin Olimpiadasının qalibi, dünya və Avropa çempionu İslam-Beka Albiyevi məğlub edib.
17:25
Kubalı rəqibinə qalib gələn Rəsul Çunayev az sonra başlayacaq növbəti mərhələdə Pekin Olimpiadasının qalibi, dünya və Avropa çempionu İslam-Beka Albiyev (Rusiya) ilə üz-üzə gələcək.
17:10
Yunan-Roma güləşi növündə Azərbaycanın "Rio-2016"da son təmsilçisi Rəsul Çunayev (66 kq) ilk görüşünü uğurla başa vurub.
Kubalı rəqibi Migel Martines Palasioya qalıb gələn güləşçimiz səkkizdəbir finala yüksəlib. Təcrübəli güləşçimiz növbəti mərhələdə Pekin Olimpiadasının qalibi, dünya və Avropa çempionu İslam-Beka Albiyev (Rusiya) - İon Panait (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB