Stiven Cerrard daha \"Liverpul\"a kömək edə bilməyəcək

Stiven Cerrard daha \"Liverpul\"a kömək edə bilməyəcək

İngiltərənin \"Liverpul\" futbol klubunun kapitanı və forvardı Stiven Cerrard artıq mövsümü başa vurub. Siasport.az saytı xəbər verir ki, S.Cerrard, qasığındakı ciddi zədə üzündən, Premyer Liqa çərçivəsində keçiriləcək digər qalan qarşılaşmalarda \"Liverpul\"un köməyinə çata bilməyəcək. Artıq komanda rəhbərliyinin tapşırığı ilə ingilis klubunun həkimləri kapitanın müalicəsi ilə məşğuldurlar. Amma zədənin ciddiliyi üzündən həkimlər onun bu minvalla gec sağala biləcəyini diqqətə çatdırıblar. Klubun rəsmi saytında yerləşdirilən məlumata görə isə, S.Cerrardın bu şəkldə zədələnməsinə əsas səbəb, onun zədəli-zədəli təlim məşq toplantılarında iştirak etməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə