Azərbaycan avarçəkəni “Rio-2016”da bürünc medal qazandı

Azərbaycan avarçəkəni “Rio-2016”da bürünc medal qazandı

Bu gün Rio Olimpiadasında kayak yarışlarının final mərhələsi keçirilib. SİA-nın məlumatına görə, bu mərhələdə Azərbaycan təmsilçisi İnna Osipenko-Radomskaya da mübarizə aparıb.

Bir nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafədə çıxış edən 34 yaşlı idmançımızın həlledici yürüşdə rəqibləri İnna Klinova (Qazaxıstan), Linnea Stensils (İsveç) , Sarah Quyot (Fransa), Liza Karrinqton (Yeni Zelandiya), Marta Valçikeviç (Polşa), Tereza Rivas Portela (İspaniya) və Spela Yaniç Ponomarenko (Sloveniya) olub. İdmançımız finişə 40,401 saniyəyə çatıb. O, bu nəticə ilə bürünc medal qazanıb.

Yeni Zelandiyalı Liza Karrinqton 38,864 saniyə nəticə ilə qızıl, polşalı Marta Valçikeviç 40,279 saniyə göstərici ilə gümüş medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə