Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. SİA-nın məlumatına görə, bu gün 66 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz Rəsul Çunayev 1/16 final mərhələsində kubalı idmançı Miguel Martinez Palacio ilə qarşılaşıb. Güləşçimiz ilk hissədə 2:0 hesabı ilə geridə olmasına baxmayaraq, ikinci hissədə gözəl fənd işlədərək 2:4 hesablı qələbə qazanıb.
Qeyd edək ki, təmsilçimiz 1/8 finalda İslam-Beka Albiyev (Rusiya) - İon Panait (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB