Ze Roberto “Hamburq”u “Qalatasaray”a dəyişir?

Ze Roberto “Hamburq”u “Qalatasaray”a dəyişir?

Almaniya Bundesliqasının aparıcı klublarından olan "Hamburq"un şərəfini qoruyan 36 yaşlı brazliyalı futbolçu Ze Roberto İstanbulun "Qalatasaray" klubunda çıxış edə bilər. Siasport.az saytı xəbər verir ki, Almaniyanın nüfuzlu və ən yüksək tirajlı "Bild" qəzeti Braziliyalı futbolçu ilə İstanbul nəhənginin maraqlandığını yazır. Alman qəzeti, "Qalatasaray"ın prezidenti olmağa ən real namizəd hesab olunan Ünal Aysalın, İstanbul klubunun prezidenti seçiləcəyi təqdirdə klubun hücum xəttini gücləndirmək üçün bu futbolçunu transfer etməyin vacib olduğunu yaxın ətrafının diqqətinə çatdırdığını da yazır. Braziliyalı futbolçunun özü də "Qalatasaray"ın onunla maraqlandığından xəbərdar olduğunu bildirərək deyib ki, belə bir nəhəng klubun onunla maraqlanmasından şərəf duyur. "Bild" bir neçə Avropa və Braziliya klubunun da Z.Roberto ilə maraqlandığını yazaraq, eyni zamanda futbolçunun mayın 14-də "Qalatasaray"da keçiriləcək prezident seçkilərinin nəticələrini gözləyəcəyini də diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə