Amerikalı üzgüçü Maykl Felps karyerasına rəsmən son qoyduğunu açıqlayıb. SİA-nın məlumatına görə, bu barədə 23 qat Olimpiya çempionu özü məlumat verib. Felps 4 il öncə də analoji çıxışla diqqət çəkmiş, lakin sonradan fikrini dəyişmişdi. Amma 31 yaşlı idmançı bu dəfə bir daha üzgüçülüyə qayıtmayacağını açıqlayıb. O, bundan sonra qolf oynayacağını vurğulayıb: "Karyeramı bu cür bitirdiyim üçün çox xoşbəxtəm. Bundan sonra qolfla məşğul olacam. Artıq ailəmlə vaxt keçirəcəm və günəşdən həzz alacam".
Qeyd edək ki, Braziliyada keçirilən Yay Olimpiya Oyunlarını 5 qızıl və 1 gümüş medalla başa vuran Maykl Felps karyerası ərzində Olimpiadalarda 23 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb. O, həm də 27 qat dünya çempionudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB