AZAL ilə Gəncədə keçirilən oyundan öncəki məşqdə zədələnən Azad Kərimov "Kəpəz"in hazırlığında iştirak edə bilmir. SİA-nın məlumatına görə, baldır ayaq oynağı, eyni zamanda vətər və bağları dartılan gənc müdafiəçi bu üzdən komandadan kənarda qalıb. A.Kərimovun müalicəsi davam etdirilir.
Gəncə klubunun daha bir üzvü Renan da Silva Alves də zədələnib. Futbolçu AZAL-la oyunda sıradan çıxıb. Kərimovla müqayisədə braziliyalının zədəsi ciddi deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB