“İnter” - “Kəpəz” matçının başlanma vaxtı müəyyənləşib

“İnter” - “Kəpəz” matçının başlanma vaxtı müəyyənləşib

Topaz Premyer Liqasının III turunda keçiriləcək daha bir oyunun başlanma vaxtı müəyyənləşib. SİA-nın məlumatına görə, avqustun 19-da "İnter Arena"da keçiriləcək "İnter" - "Kəpəz" matçı saat 21:00-da başlayacaq. Bu barədə "İnter"in rəsmi "Facebook" səhifəsi xəbər yayıb.

Qeyd edək ki, turun digər oyunları avqustun 20-21-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə