|
Dünən gecə UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.Siasport.az saytı xəbər verir ki, daha çox "portuqaliya gecəsi" adlanan qarşılaşmalarda, qitənin ikinci dərəcəli turnirində 8 ən güclü komanda yarımfinala vəsiqə uğrunda mübarizə aparmalı olub. 3 Portuqaliya futbol klubunun da mübarizə apardıqı mərhələdə, bir sıra darmadağın nəticələr əldə olunub. Turnirin əsas favoriti hesab olunan "Porto", öz meydanında Moskva "Spartak"ını sözün əsl mənasında turnirə qatıldığına görə peşman edib. Rəqibin qapısından 5 qol keçirərək qapısından sadəcə bir təsəlli qolu buraxan Portuqaliya təmsilçisi, artıq yarımfinal barədə düşünə bilər. "Porto"nin ölkə çempionatındakı əsas rəqibi olan "Benfika" isə Hollandiya təmsilçisi "PSV Endhoven"inin daşını daş üstə qoymayıb. Portuqaliyalılar hollandların qapısından 4 qol keçirərək, sadəcə öz qapılarından buraxdıqları bir qola üzülüblər. Başqa bir Portuqaliya təmsilçisi "Braqa" isə Kiyevdə \"Dinamo\" ilə heç-heçəyə qalaraq, vətənə sərfəli nəticə ilə dönüb. İspaniya təmsilçisi \"Villareal\" isə Hollandiya təmsilçisi \"Tvente\"nin qapısından 5 qol keçirib. Öz qapısından isə bircə qol buraxmaqla kədərlənib. |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB