U-19 (qızlar) məğlub olub

Belarusun Orşa şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, belaruslu həmyaşıdları ilə qarşılaşan futbolçularımız 0:1 hesabı ilə məğlub olublar.

Qeyd edək ki, aqvustun 17-də bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə