Mahir Şükürova şok təklif

Bir illik Rusiya macərasının ardından "Anji"dən ayrılan Mahir Şükürov karyerasını yenidən xaricdə davam etdirə bilər. Siasport.az saytı xəbər verir ki, hazırda Türkiyə "Bank Asiya" birinci liqasında çıxış edən "Samsunspor" Mahirin xidmətində maraqlıdı. Hazırda turnir cədvəlinə liderlik edən Samsun klubu Superliqaya çıxmağa ən real namizəddi. Bu mənada rəhbərlik növbəti mövsüm üçün transfer çalışmalarına start verib. Belə ki, samsunluların transfer siyahısında Şükürovun da adı var. Mahir hələ Türkiyə millisi ilə Bakıdakı qarşılaşmada göstərdiyi oyunla türklərin diqqətini çəkib və onlar futbolçumuzun hazırda klubsuz olduğunu bilincə ona təklif göndəriblər.

"Samsunspor" 29 yaşlı futbolçuya ikiillik müqavilə təklif edir. Şükürov hər mövsüm 400 min dollar qazana bilər.// Penalti.az

Bütün xəbərlər Facebook səhifəmizdə