Futbol üzrə Azərbaycan çempionatının I divizionunda mübarizə aparan "Zaqatala" klubunun düşərgəsində ölüm hadisəsi qeydə alınıb. komandanın heyətində afrikalı futbolçu dünyasını dəyişib.
Bu barədə klubun "facebook" səhifəsində məlumat yer alıb. Bildirilib ki, Maykl Umanyika adlı futbolçu məşq zamanı dünyasını dəyişib.
Futbolçunun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb.
Zaqatala Mərkəzi Xəstəxanasından bildirilib ki, ilkin müayinəyə görə futbolçunun ölümünə səbəb ürəyində trombun qırılması olub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Maykl ötən mövsümdə də "Zaqatala"da top qovub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB