Rio-2016 Yay Olimpiya Oyunlarında növbəti bədbəxt hadisə baş verib. SİA-nın məlumatına görə, Almaniyanın kanoe-slalom komandasının məşqçisi Stefan Henze vəfat edib. Almaniya olimpiya yığmasından verilən açıqlamaya görə, 35 yaşlı mütəxsəssis ötən həftə avtomobil qəzasında yaralanmışdı. O, səhər saatlarında taksi ilə Olimpiya kəndinə qayıdarkən qəzaya düşmüş və baş nahiyəsindən ciddi xəsarət almışdı.
Qeyd edək ki, Henze 2004-cü il Olimpiadasında Almaniya yığmasında idmançı olaraq kanoe-slalom növü üzrə çıxış edib və Olimpiya Oyunlarının gümüş medalını qazanıb.
Almaniya olimpiya yığması sabah Olimpiya kəndində məşqçinin vəfatı ilə bağlı mərasim təşkil edəcək və Almaniya dövlət bayrağı yarıya qədər endiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB