Rəqibinin əlini sıxmaqdan imtina etdi, ölkəsinə göndərildi "Rio-2016"da - FOTO
Rio-2016 Yay Olimpiya Oyunlarında misirli cüdoçu İslam el Şehabi israilli rəqibi Or Sassonla əl verərək görüşməyi rədd etdiyinə görə ölkəsinə göndərilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilk görüşündə məğlub olan 34 yaşlı misirli idmançını bu hərəkətinə görə tənqid edib. Ona sərt şəkildə xəbərdarlıq edilib. BOK-dan onun hərkətinin olimpiada dəyərlərininin dostluq ruhuna qarşı olduğu bildirilib. Misir Olimpiya Komitəsi də İslam el Şehabini qınayıb və ölkəsinə göndərib.
Qeyd edək ki, misirli cüdoçu rəqibinin əlini sıxmadan imtina etdikdə azarkeşlər tərəfindən fitə basılıb.
Nəzərinizə çatdıraq ki, cüdo idman növünün qaydalarına görə, hörmət əlaməti olaraq idmançılar qarşılaşmadan öncə və sonra bir-birinin əlini sıxmalıdırlar.
İsrailli cüdoçu isə məşqçilərinin misirli rəqibinin belə addım ata biləcəyi barədə onu xəbərdar etdiklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB