Samir Zərgərov 250-ci oyununu keçirib STATİSTİKA

Samir Zərgərov 250-ci oyununu keçirib STATİSTİKA

Samir Zərgərov futbol üzrə Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. SİA-nın məlumatına görə, yarımmüdafiəçinin yubiley matçı Topaz Premyer Liqasının II turunda baş tutub. Bu yay "Qəbələ"dən "İnter"ə keçən futbolçu 81-ci dəqiqədə meydana çıxmaqla, yubileyini sabiq komandası ilə qarşılaşmada qeyd edib. Yüksək liqada 2004/05 mövsümündə "Ədliyyə"nin heyətində debüt edən Samir 12-ci mövsümündə 250-yə çatıb. O, ölkə çempionatları tarixinə 250 və daha çox oyun keçirən 49-cu futbolçu kimi tarixə düşüb. Zərgərov bu görüşlərdə 32 qol sevinci yaşayıb.

Yarımmüdafiəçi 250 oyunu 6 klubda keçirib. "Qəbələ"də 95, "Ədliyyə"də 30, "Simurq"da 28, "Kəpəz"də 25, "Standard"da 23 matça çıxan Zərgərov "İnter"də 49 qarşılaşmanın iştirakçısı olub. Bu da o deməkdir ki, növbəti tur da onun üçün yubileylə əlamətdar olacaq. O, paytaxt klubunda 50-ci çempionat görüşünə çıxacaq. Samir bu dəfə də sabiq komandalarından biri – "Kəpəz"lə görüşəcək.

2004/05

Ədliyyə (Bakı)

30

3

2006/07

Gilan (Qəbələ)

21

1

2007/08

Qəbələ

24

3

2008/09

Qəbələ

24

3

2009/10

Standard (Sumqayıt)

23

3

2010/11

Gəncə

25

4

2011/12

İnter (Bakı)

24

2

2012/13

İnter (Bakı)

19

4

2013/14

İnter (Bakı)

4

1

2014/15

Simurq (Zaqatala)

28

5

2015/16

Qəbələ

26

3

2016/17

İnter (Bakı)

2

0

Cəmi

250

32

Bütün xəbərlər Facebook səhifəmizdə