\"Qəbələ\"nin baş məşqçisi İngiltərə Premyer Liqası tarixində ən yaxşılar sırasında yer aldı

\"Qəbələ\"nin baş məşqçisi İngiltərə Premyer Liqası tarixində ən yaxşılar sırasında yer aldı
Böyük Britaniyanın məşhur sport.co.uk portalı İngiltərə Premyer Liqası tarixinin 10 ən yaxşı veteranının siyahısını tərtib edib. Siasport.az saytı apasport.az-a istinadən xəbər verir ki, 1993-cü ildən Premyer Liqa adlanan yarışın ən yaxşıları arasında Azərbaycan futboluna tanış sima da var. Bu, "Qəbələ klubunun baş məşqçisi Toni Adamsdır. İngiltərə milli komandasının və "Arsenal" klubunun əfsanəsi olan sabiq kapitan "Top-10"da 5-ci pillədə qərarlaşıb. Premyer Liqada doğma klubunda 500-dən çox, millidə 66 matç keçirən müdafiəçi yalnız Rayan Giqqz, Alan Şirer, Teddi Şeringem və Stüart Pirsdən geri qalıb.


İngiltərə Premyer Liqasının "Top-10"u

1. Rayan Giqqz

2. Alan Şirer

3. Teddi Şeringem

4. Stüart Pirs

5. Toni Adams

6. Devid Ceyms

7. Edvin van den Sar

8. Kevin Filips

9. Qari Spid

10. Nevil Sautholl


Qeyd edək ki, Adamsla yanaşı Giqqz, Qari Spid, Pirs də bizlərə yaxşı tanışdır. Rayanla Qari Uels yığmasının heyətində millimizin qapısına vurduqları qollarla yada qalıb. Ötən il İngiltərə U-21-nin baş məşqçisi kimi yığmamız üzərində 7:0 hesablı qələbəyə sevinən Pirs qarşıdakı – Avro-2013-ün seçmə oyunlarında da 21 yaşlıların mübarizəsində millimizə rəqib olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня