Bu gün "Rio-2016"da 3 idmançımız yarışacaq

Bu gün "Rio-2016"da 3 idmançımız yarışacaq

Rio-2016 Yay Olimpiya Oyunları davam edir. SİA-nın məlumatına görə, dörd illiyin ən möhtəşəm turnirinin XII günündə Azərbaycan yığmasının 3 üzvü mübarizə aparacaq.

Onlardan yunan-Roma güləşçisi Rəsul Çunayev (66 kq) olimpiadada debüt edəcəyi halda, kanoeçi İnna Osipenko-Radomska və boksçku Lorenzo Sotomayor medal üçün yarışacaqlar.

Olimpiya Oyunları

XII gün

Güləş

1/16 final

17:00. Rəsul Çunayev (66 kq) - Migel Palasio Martinez (Kuba)

Kanoe

Sprint (K1)

200 metr

Final

16:40. İnna Osipenko-Radomska

Boks

1/4 final

01:15. Lorenzo Sotomayor (64 kq) – Yasnier Toledo (Kuba)

Bütün xəbərlər Facebook səhifəmizdə