Neftçinin futbolçusu Makedoniya millisinə çağırıldı

Neftçinin futbolçusu Makedoniya millisinə çağırıldı

"Neftçi"nin futbolçusu Vançe Şıkov Makedoniya milli komandasına dəvət olunub. Azerisport.az xəbər verir ki, təcrübəli müdafiəçi dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də keçiriləcək Albaniya – Makedoniya oyununa çağırılıb. Qeyd edək ki, Vançe Şıkov 2007-ci ildən formasını geyindiyi Makedoniya milli komandasının heyətində 49 oyunda 4 qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə