Saman Təhmasibi "Rio-2016"da ilk görüşündə məğlub oldu

Saman Təhmasibi "Rio-2016"da ilk görüşündə məğlub oldu

"Rio-2016" Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. SİA-nıın məlumatına görə, bu gün daha iki idmançımız – millimizin iranlı legioneləri mübarizəyə başlayıb.

85 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz Saman Təhmasibi mübarizəyə 1/16 final mərhələsindən start verib. Son dünya çempionatının bürünc mükafatçısının ilk rəqibi Davit Çakvetadze (Rusiya) olub. Görüş rusiyalı idmançının qələbəsi ilə başa çatıb. Çakvetadze finala yüksələrsə, Təhmasibi bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.

Sabah Şəriəti (130 kq) isə Olimpiadada 1/8 finaldan debüt edəcək. Avropa Oyunları və qitə birinciliyinin gümüş mükafatçısının ilk rəqibi David Smit (ABŞ) olacaq. Qarşılaşmanın saat 17:40-da başlanması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə