Namiq Yusifov: ""Xəzər-Lənkəran" nəyin bahsına olursa olsun qələbə qazanmaq istəyəcək"

Namiq Yusifov: ""Xəzər-Lənkəran" nəyin bahsına olursa olsun qələbə qazanmaq istəyəcək"
"Qarabağ" klubu bazar günü "Xəzər-Lənkəran"la qarşılaşacaq. Siasport.az saytı xəbər verir ki, yenidən 2-ci sıraya yüksəlmək üçün komanda cənub klubuyla oyunda qalibiyyəti hədəfləyir. Suraxanı qəsəbə stadionda məşqlərini tam heyətlə davam etdirən Ağdam təmsilçisində itkilər yoxdur. Qışdan əla forma yığan, dinamikliyi ilə rəğbət toplayan Namiq Yusifov klubun rəsmi saytına "Xəzər-Lənkəran"la oyun haqqında danışıb: "Xəzər-Lənkəran"la oyuna adi oyun kimi yanaşırıq. Bilirik ki, cox vacib oyundu. Komandamızın tam heyətlə çalışması da yerinə düşdü. "Xəzər" həqiqətən yaxşı komandadı. Fərdi keyfiyyətlərə malik çox güclü oyunçuları var. Amma etiraf etməliyəm ki, onların arasında Parks tam fərqlənir. O, müdafiəni təkbaşına yarmağa qadirdir. Amma bu o demək deyil ki, rəqibdən çəkinirik. Biz hər oyuna qələbə üçün çıxırıq. "Neftçi"ylə oyunda həqiqətən də şanssızlıqla üzləşdik. İlk dəqiqələrdə qol buraxmağımız oyunumuzu təmiz pozdu. Bəli, baxanda gərək hər vəziyyətə hazır olasan. Amma həmin gün bizim günümüz deyildi. Artıq "Neftçi"ylə oyunda baş verənləri unutmuşuq. Onlarla hələ daha bir oyunumuz var. Ona qədər isə digər oyunları fikirləşmək lazımdır. Qarşıda bizi 7 oyun gözləyir. Hələ çox şey dəyişə bilər. Amma ilk növbədə bazar günü baş tutacaq oyuna konsentrasiya olmaq lazımdır. Bu oyunda qazanacağımız qələbə bizə üstünlük verəcək. Amma udmaq üçün çox çalışmalıyıq. "Xəzər-Lənləkan" 3 oyundu qələbə qazana bilmir. Nəyin bahsına olursa olsun qələbə qazanmaq istəyəcəklər. Ona görə də ciddi olaraq bazar günkü oyuna hazırlaşırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə