2014-cü il Qış Olimpiadasının proqramına altı yarış növü əlavə ediləcək

2014-cü il Qış Olimpiadasının proqramına altı yarış növü əlavə ediləcək

Beynəlxalq Olimpiya Komitəsi (BOK) bəyan etmişdir ki, 2014-cü ildə Soçidə keçiriləcək qış Olimpiya oyunlarının proqramına altı yeni yarış növü əlavə ediləcək. Siasport.az saytı xəbər verir ki, bu barədə BOK-un icraiyyə komitəsinin Londonda keçirilmiş iclasında qərar qəbul olunub. Beləliklə, 8 əlavə mükafat dəsti uğrunda yarışlar keçiriləcək. Mükafatların sayı 94-ə çatacaqdır.
Olimpiada proqramına daxil olunmuş yeni yarış növləri bunlardır: kişilər və qadınlar arasında fristayl yarışında haf-payl üzrə mübarizə, qadınların xizəklə tramplindən tullanması, fiqurlu konkisürənlərin bir birinin ardınca çıxış etdikləri komanda şəklində fiqurlu konkisürmə yarışları, xizək idmanı estafeti (kişilər, qadınlar, iki kişi birlikdə). Bu qərar Olimpiya proqramı üzrə komissiyanın 2010-cu ilin oktyabr ayında Akapulkoda BOK-un Şurasına təqdim etdiyi məruzənin yekunlarına görə qəbul olunub. Olimpiya proqramı üzrə komissiya müxtəlif idman növləri üzrə beynəlxalq federasiyaların bütün təkliflərini diqqətlə nəzərdən keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə