Qadın gimnastlarımız Fransada və Türkiyədə keçiriləcək yarışlarda iştirak edəcəklər

Qadın gimnastlarımız Fransada və Türkiyədə keçiriləcək yarışlarda iştirak edəcəklər

Aprelin 9-10-da Fransanın Tye şəhərində bədii gimnastika üzrə Qran-Pri yarışları keçiriləcək. Siasport.az saytı xəbər verir ki, həmin turnirdə ölkəmizi Aliyə Qarayeva, Anna Qurbanova və Samirə Mustafayeva təmsil edəcəklər. Komanda Fransaya məşqçi Dinara Gimatovanın rəhbərliyi ilə gedəcək. Hakimlər korpusunda ölkəmizin təmsilçisi Nurlanə Əlizadə olacaq. Aprelin 8-də isə Türkiyənin Antalya şəhərində "Muradpaşa Kuboku" turniri start götürəcək. Həmin turnirdə Azərbaycanı gənc gimnastlar Gülsüm Şəfizadə və Ləman Hacızadə təmsil edəcəklər. Onlar məşqçi Vəfa Hüseynovanın rəhbərliyi altında mübarizə aparacaqlar. Hakimlər korpusunda Azərbaycan nümayəndəsi Valeriya Eqay təmsil olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə