Məsut özil yenə Joze Maurinyonu təriflədi

Məsut özil yenə Joze Maurinyonu təriflədi

İspaniyanın "Real Madrid" futbol klubunda çıxış edən türk əsilli ulduz futbolçu Məsut Özil portuqaliyalı baş məşqçi Joze Maurinyonun tərifini göylərə qaldırıb. Siasport.az saytı xəbər verir ki, M.Özil, ispaniyalı jurnalistlərə verdiyi açıqlamada təkcə baş məşqçi kimi deyil, həm də bir insan olaraq daima klubda J.Maurinyonun diqqət və qayğısını hiss etdiyini bildirərək, onunla çalışmaqdan qürur duyduğunu dilə gətirib. O, "Real"da göstərdiyi bu günkü futbol ustalığına görə J.Maurinyoya borclu olduğuna dair fikirlərini də ispan jurnalistlərlə bölüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə