Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın "Höteborq"la ilk oyununa hakim təyinatları açıqlanıb. SİA-nın məlumatına görə, matçı polşalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Pavel Raçkovski olacaq. Ona Radoslav Sneyka və Mihal Obukoviç kömək edəcək. Qarşılaşmaya 4-cü hakim Tomaş Kvyatklovski təyin edilib.
Qeyd edək ki, İsveçdə keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB