Yusif Nurullayev yeni təyinat alıb

Yusif Nurullayev yeni təyinat alıb

Futzal üzrə FIFA refersisi Yusif Nurullayev beynəlxalq turnirə təyinat alıb. SİA-nın məlumatına görə, Y.Nurullayev futzal üzrə UEFA kubokunun ilkin təsnifat mərhələsinin C qrupunda keçiriləcək oyunlarda iştirak edəcək. Almaniyanın "Hamburg Panthers", Uelsin "Cardiff University", Norveçin "Sandefjord Fotball" və Moldovanın "Classic Chisinau" komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 18-dən 21-dək Moldovada təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə