Əmrə \"Fənərbaxça\"ya görə 15 milyon avronu rədd etdi!

Əmrə \"Fənərbaxça\"ya görə 15 milyon avronu rədd etdi!

İstanbulun \"Fənərbaxça\" futbol klubunun və futbol üzrə Türkiyə Milli Komandasının futbolçusu Əmrə Belözoğlu, Qətərin tanınmış klublarından biri tərəfindən ona olan böyük məbləğdəki transfer təklifini rədd edib. Siasport.az saytı xəbər verir ki, bir neçə müddətdir ki, zədə üzündən meydanlara qayıda bilməyən futbolçu, vaxtilə \"Beşiktaş\"da oynayan Tabatanın, \"Qalatasaray\"da forma geyinmiş Keytanın da heyətində çıxış etdikləri Qətər klubunun 3 illik müqavilə bağlamaq şərti ilə təklif etdiyi 15 milyon avroluq transfer istəyini geri çevirərək \"Fənərbaxça\"da xoşbəxt olduğunu dilə gətirib. O, \"Fənərbaxça\"nın uğurları üçün çarpışacağını, başqa bir kluba transfer olmaq istəmədiyini də dilə gətirib. Xatırladaq ki, hazırda, Ə.Belözoğlunun İstanbul klubu ilə ildə 3,5 milyon avro olmaq şərti ilə 2012-ci ilə qədər qüvvədə olan müqaviləsi mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə