ABŞ-ın Olimpiya və dünya çempionu üçgüçü Rayan Loxte Braziliyada arzuolunmaz vəziyyətlə üzləşib. SİA-nın məlumatına görə, Loxte 3 komanda yoldaşı ilə birgə Rioda silahlı soyğuna məruz qalıb. Yerli mətbuata danışan üzgüçü gecə klubunun çıxışında taksiyə minərkən polis geyimində olan şəxslər tərəfindən soyuluduğunu söyləyib: "Silahlarını bizə istiqamətləndirdilər və yerə uzanmağımızı tələb etdilər. Etiraz etdim, amma silah başıma yönəlincə müqavimət göstərmədim. Pul, pul qabı və şəxsi əşyalarımızı əlimizdən aldılar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB