İstanbulun \"Beşiktaş\" futbol klubunun ispaniyalı kapitanı Quti Hernandez son günlər əsəbi davranışları ilə diqqəti özünə cəlb edir. Siasport.az saytı xəbər verir ki, dünən Türkiyə Kubokunun yarımfinal qarşılaşmasında da bu məqam xüsusi ilə hiss olunub. Məsələ burasındadır ki, qarşılaşmanın 58-ci dəqiqəsində digər bir futbolçu ilə əvəzlənən Q.Hernantez, meydanı tərk edərkən ona əl uzadan baş məşqçi Tayfur Havutçunun əlini havada qoyub, salamını da almayıb. Ehtiyat oyunçular skamyasında da eyni vəziyyət təkrarlanıb. İstanbul klubunun qolları vurularkən digər futbolçular və texniki heyət üzvləri sevinclərini büruzə versələr də, Q.Hernantez heç buna reaksiya belə verməyib. Bunun isə bir səbəbi var. Son günlər gecə klublarına dadanan \"Real\"ın keçmiş ulduzu, klub rəhbərliyi və baş məşqçi tərəfindən kəskin xəbərdarlığa məruz qalıb. Türkiyə mətbuatı yazır ki, artıq ispaniyalı futbol ulduzu klubun nizam-intizam qaydalarına riayət etmək istəmir və etirazını daha kəskin şəkildə ortaya qoyur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB