Useyn Bolt növbəti dəfə Olimpiya çempionu olub

Useyn Bolt növbəti dəfə Olimpiya çempionu olub

Yamaykalı atlet Useyn Bolt 7-ci dəfə Olimpiya çempionu olub. SİA-nın məlumatına görə, o, 100 m məsafəyə qaçışda bütün rəqiblərini arxada qoyub. Bolt 9,81 saniyə nəticə göstərib.

ABŞ təmsilçisi Castin Qatlin (9,89) gümüş, kanadalı Andre de Qrasse (9,91) bürünc medala sahib olub.

Qeyd edək ki, U.Bolt "Pekin-2008" və "London-2012"nin hərəsində 3 qızıl medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə