İstanbulun \"Beşiktaş\" futbol klubu ölkə çempionatındakı acı məğlubiyyətləri və arzuolunmaz anları, Türkiyə Kuboku uğrundakı mübarizədə unutdurmağa çalışır. Siasport.az saytı xəbər verir ki, dünən Türkiyə Kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşması çərçivəsində öz meydanında \"Qaziantepspor\" futbol klubunu qəbul edən \"qara qartal\" rəqibin qapısından üç cavabsız top keçirib. Türkiyə Futbol Federasiyası tərəfindən verilən cəza üzündən azarkeşlərsiz oynanılan qarşılaşmada \"Beşiktaş\" 64 və 86-cı dəqiqələrdə Simao Sambrozanın, 77-ci dəqiqədə isə Almeydanın qolları hesabına 3:0 qələbə qazanaraq Türkiyə Kubokunun finalında rəqibini gözləyir. Çünki bu oyunla rəqibin öz meydanında olsa belə \"Beşiktaş\"ın qapısından 4 cavabsız qol keçirməsi mümkünsüz görünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB