Amerika kubokunun final oyunundan sonra Argentina millisindən getdiyini açıqlayan Leonel Messi qərarını dəyişib. Bu barədə ölkəsinin mətbuatına açıqlama verən "Barselona"nın ulduz futbolçusu millisini sevdiyi üçün fikrindən daşındığını deyib:
"Həmişə milli komandamıza kömək etmək istəmişəm. Argentina futbolunda dəyişikliyə ehtiyac var. Ancaq millini tənqid etmək mənə düşməz. Amerika kubokundan sonra milli komandadan getmək istədim, ancaq ölkəmi və milli komandamı çox sevirəm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm".
Xatırladaq ki, Argentina Amerika kubokunun final oyununda Çiliyə penaltilər seriyasında uduzmuşdu. Zərbələrdən birini Messi qola çevirə bilməmiş və oyundan sonra milli karyerasını bitirdiyini açıqlamışdı.
Argentina millisində ən çox qol vuran Messi 113 oyunda 55 dəfə rəqib qapılarına yol tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB