"Barselona" "Şaxtyor"u darmadağın etdi

"Barselona" "Şaxtyor"u darmadağın etdi

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Siasport.az saytı xəbər verir bu gecə iki oyun keçirilib.

İngiltərənin iki klubu - "Çelsi" və "Mançester Yunayted" üz-üzə gəlib. Premyer Liqada da əzəli rəqib olan bu 2 komandanın dueli böyük maraq doğururdu. "Çelsi" bu dəfə "Mançester Yunayted"dən qisas almağa çalışsa da, buna nail ola bilməyib. O qədər də maraqlı keçməyən qarşılaşmada Ueyn Runinin vurduğu yeganə qol "qırmızı şeytanlar"a qələbə qazandırıb.

İspaniyanın "Barselona" klubu isə Ukrayna "Şaxtyor"unu sınağa çəkib. Həmişə olduğu kimi "Barselona" bu görüşün də favoriti sayılırdı. Kataloniyalılar elə ilk görüşdəcə cütün taleyini həll ediblər. "Şaxtyor" elə 2-ci dəqiqədə qapısından ilk topu buraxıb. "Şaxtyor" qapısında daha 2 qol gördükdən sonra fərqi azalda bilib. Lakin heç bir dəqiqə keçməmiş "Barsa" 4-cü, oyunun son dəqiqələrində isə 5-ci qolu vurub. Bununla da kataloniyalılar əzəli rəqibə "Real" kimi, ilk görüşdəcə 4 top fərqi ilə qalib gələrək, yarımfinala vəsiqəni böyük ölçüdə təmin edib.

Bir gün öncə isə 2 oyun keçirilib. "Real" evdə "Tottenhem"i 4:0, "Şalke 04" isə səfərdə "İnter"i 3:2 hesabı ilə yenib.

Çempionlar Liqası

1/4 final

İlk oyunlar

6 aprel

Barselona (İspaniya) - Şaxtyor (Ukrayna) 5:1

Qollar: Andres İnyesta, 2. Daniel Alves, 34. Xerard Pike, 53. Seydu Keyta, 60. Xavi Ernandes, 86 - Yaroslav Rakitski, 59.

Çelsi (İngiltərə) - Mançester Yunayted 0:1

Qol: Ueyn Runi, 24.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com