İstanbulun "Qalatasaray" futbol klubunun daxilindəki hadisələr sürətlə gərginliyə doğru gedir. Siasport.az saytı xəbər verir ki, ard-arda gələn məğlubiyyətlər, qaeşıdurmalar, artıq Arda Turan başda olmaqla bir çox futbolçunun "Qalatasaray"ı tərk etməsini gündəmə gətirib.Bu vəziyyətin daha da uzanmasını istəməyən klubun idarə heyəti, İstanbul klubunda keçiriləcək prezident seçkilərinin vaxtını müəyyənləşdirib.Artıq İstanbul klubunda yeni prezidentin kim olacağı mayın 14-də müəyyən olacaq. "Qalatasaray"ın hazırkı prezidenti Adnan Polat bu gün keçirdiyi mətbuat konfransında bubarədə məlumat verib. Mətbuat konfransında ən maraqlı məqam isə, A.Polatın yenidən "Qalatasaray"ın prezidenti kimi seçkilərdə iştirak etmək istəməsi və bunu açıq şəkildə dilə gətirməsidir. O bildirib ki, yenidən bu postu tutmasında heç kim ona mane ola bilməz. "Qalatasaray"ın prezidenti olmağa daha bir iddialı namizəd isə, 70 yaşında olan zəngin iş adamı Ünal Aysaldır. O, artıq namizədliyini qarşıdan gələn şənbə günü bəyan edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB