Eyni növdə 3 idmançı gümüş medal qazandı "Rio-2016"da

Eyni növdə 3 idmançı gümüş medal qazandı "Rio-2016"da

"Rio-2016"da qeyri-adi hadisə yaşanıb. SİA-nın məlumatına görə, üzgüçülüyün 100 m məsafəyə batterflyay üsulu ilə yarışında 3 idmançı gümüş medal qazanıb. Amerikalı Maykl Felps, macarıstanlı Laslo Çex və CAR idmançısı Çad le Klos eyni nəticə göstərdiyindən hər üç üzgüçüyə gümüş medal verilib. Bürünc medal isə heç kimə təqdim olunmayıb.

Olimpiadaların ən çox çempion və mükafatçısı olan amerikalı Maykl Felps medal sayını 27-yə yüksəldib.

Yarışın qalibi məsafəni 50,39 saniyəyə qət edən sinqapurlu Cozef Şulinq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə