Yohann Enqbrext "İnter"in Müşahidə Şurasının sədri təyin olunub

Yohann Enqbrext "İnter"in Müşahidə Şurasının sədri təyin olunub

Bakının "İnter" klubunun Müşahidə Şurasının tərkibində dəyişiklik edilib. SİA-nın məlumatına görə, paytaxt təmsilçisinin Nizamnaməsinə uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı ASC-nin İdarə Heyəti Akif Əhmədiya oğlu Əliyevin və Yohann Enqbrextin "İnter"in Müşahidə Şurasına üzv seçilmələri barədə qərar qəbul edib.

Bundan əlavə, həmin qərarla Yohann Enqbrext "İnter"in Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə