Runi "qoçuluq" etdi, "Coca Cola"nı itirdi

Runi "qoçuluq" etdi, "Coca Cola"nı itirdi
İngiltərənin "Mançester Yunayted" futbol klubunun ulduz futbolçusu Uen Runi, keçən həftə Premyer Liqa çərçivəsində "Vest Hem"lə keçirilən qarşılaşmada etdiyi "qoçuluq"un əvəzini bir-bir ödəməkdə davam edir. Siasport.az saytı xəbər verir ki, həmin qarşılaşmada vurduğu qoldan sonra televiziya kameralarına tərəf şığıyaraq təhqiramiz və xoşagəlməz ifadələr işlədən U.Runi, 2 oyunluq cəzadan sonra, indi də başqa bir problemlə qarşılaşıb. Məsələ burasındadır ki, ingilis futbolçu ilə sponsorluq müqaviləsi bağlayan məşhur "Coca Cola" şirkəti də onunla bundan sonra əməkdaşlıq etmək istəmir. Sərinləşdirici içkilər şirkəti, ingilis futbolçu ilə bu yayda bitəcək müqaviləsini uzatmayacaqını rəsmən bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə