"Cəsurlar" hərbi-idman və turizm oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçiriləcək

"Cəsurlar" hərbi-idman və turizm oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçiriləcək

"Cəsurlar" hərbi-idman və turizm oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçiriləcək. Siasport.az saytı xəbər verir ki, oyun Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 9 aprel 2011-ci il tarixində, saat 10:00-da C. Naxçıvanski adına Hərbi Liseydə təşkil olunacaq.

Qeyd edək ki, "Cəsurlar" hərbi-idman və turizm oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsidir. Yarışda Bakı şəhərinin 11 rayon komandası ilə yanaşı, Zəngilan, Şuşa və Laçın rayon komandaları da iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə